Mağazadan 30 minlik qızıl oğurlandı
16 sentyabr 2022 12:53 (UTC +04:00)

Mağazadan 30 minlik qızıl oğurlandı

0

Şəmkirdə mağaza qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki mağazaların birindən 30.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Şəmkir rayon Polis  Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.

Araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1849

Oxşar yazılar