Yanvarın 31-də Kür çayında batan iki nəfərdən birinin meyiti tapılıb.
FHN-dən Lent.az-a verilən məlumata görə, aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 26 yaşlı Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Batdığı ehtimal olunan Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, R.Sadıxbəyli Vətən Müharibəsinin döyüşçüsüdür. Qubadlı və Zəngilan rayonlarının azad olunmasında iştirak edib.