Lənkəranda karantin qaydalarına zidd olaraq yas məclisi təşkil edilib.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı şəhər sakini S.Qasımovanın karantin rejimi qaydalarını pozaraq COVID-19 infeksiyasından dünyasını dəyişmiş həyat yoldaşına 50 nəfərlik "40 mərasimi" keçirdiyi müəyyən edilib. Həmin ünvana gələn polis əməkdaşları məclisi dərhal dayandırıb və məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub.
verən Məclis sahibi və mərsiyə deyən barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.