Keçmiş məhkumun evindən 4 kilodan çox narkotik tapıldı
27 yanvar 2021 13:27 (UTC +04:00)

Keçmiş məhkumun evindən 4 kilodan çox narkotik tapıldı

0

Bakıda evdən külli miqdarda narkotik aşkarlanıb.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Pirallahı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Q.Şərifov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Q.Şərifovun evinə baxış zamanı isə 2 kiloqram 100 qram heroin və 2 kiloqram 130 qram marixuana götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1546

Oxşar yazılar