Çöldə gəzən 14 koronavirus xəstəsi saxlanıldı
07 dekabr 2020 11:02 (UTC +04:00)

Çöldə gəzən 14 koronavirus xəstəsi saxlanıldı

0

Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən şənbə və bazar günləri 14 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, onlardan 13 nəfərinin evlərinə qayıtmaları təmin edilib, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Onların 10-u barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 699

Oxşar yazılar