Bakıda və Xaçmazda evlər əşyalarla birgə yandı
26 yanvar 2021 09:13 (UTC +04:00)

Bakıda və Xaçmazda evlər əşyalarla birgə yandı

0

Bakıda və Xaçmazda ev yanıb.

Lent.az FHN-in saytına istinadla bildirir ki, Qaradağ rayonunda ümumi sahəsi 66 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xaçmazın Köhnə Xudat kəndində isə ümumi sahəsi 120 m² olan (hər mərtəbəsi 60 m²) ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1269

Oxşar yazılar