Yevlaxda oğurluq edən qrup üzvləri saxlanılıb.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, noyabr ayının 18-də Yevlax rayon Polis Şöbəsinə “Kaskad Hidro” şirkətinə məxsus 6000 manat dəyərində təmir-tikinti alət və avadanlıqlarının oğurlanması barədə məlumat verilib. Məlumatla bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Vüsal Nəsibov, Mingəçevir şəhər sakinləri Elşad Məmmədov və Vahid Hacıyev saxlanılıb. Dindirilmə zamanı hər üç şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanmış əşyaların yeri müəyyən edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.