Lənkəranda evdən silah tapılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsi əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə şəhər sakini X.Məmmədlinin yaşadığı evə baxış zamanı oradan “Spanish Astra 4000” modelli tapança, 5 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.