Saatlıda üzərində qanunsuz silah və güclü təsiredici xassəyə malik psixotrop maddə olan metamfetamin daşımaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Saatlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Saatlı rayonunda yaşayan Anar Hüseynov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun əlindəki çantadan 1 ədəd İJ-56-3 (Belka) markalı, qoşalüləli ov tüfəngi və üzərindən 1 ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Dindirilmə zamanı A. Hüseynov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.