Qaçırdığı "Jiquli" ilə birgə tutuldu
12 iyun 2020 11:55 (UTC +04:00)

Qaçırdığı "Jiquli" ilə birgə tutuldu

0

Şamaxıda avtomobil oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsinə müraciət edən Qaravəlli kənd sakini F.Əmrahov iyunun 11-də şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini R.Abdiyev avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1580

Oxşar yazılar