Mağazaya gedən COVID-19 xəstəsinə cinayət işi açıldı
01 dekabr 2020 10:09 (UTC +04:00)

Mağazaya gedən COVID-19 xəstəsinə cinayət işi açıldı

0

Qazaxda koronavirusa yoluxan şəxsin evdən çıxması müəyyən edilib.

Qazax rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayon sakini 24 yaşlı Mustafayev Kənan Xəlil oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, noyabrın 30-da Qazax rayonu ərazisində yerləşən mağazaya gedib. Bununla da rayon sakinləri ilə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Qazax rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1620

Oxşar yazılar