Koronavirus xəstəsi icazəsiz evdən çıxdı
26 noyabr 2020 10:03 (UTC +04:00)

Koronavirus xəstəsi icazəsiz evdən çıxdı

0

Beyləqanda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 testi müsbət çıxmış rayon sakini M. Abışov ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. Xüsusi karantin rejimin tələblərini pozaraq qanunazidd davranan həmin şəxs rayonun Dünyamalılar kəndi ərazisində aşkar edilərək yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1277

Oxşar yazılar