Bərdədə evdən çıxan COVID-19 xəstələri barədə qanunamüvafiq tədbirlər görülüb
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində COVID-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri – X. Aslanov və N. Rəsulovun yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud pozduqları müəyyən edilib. Həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar. Hər iki şəxslə proflaktiki mövzuda söhbətlər aparılıb, təyin edilmiş müalicənin davam etdirilməsi üçün evdə qalmaqlarının zəruruliyi onların diqqətinə çatdırılıb.
Hazırda Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.