Karantini pozan 8 nəfər saxlanıldı - FOTO
12 iyun 2020 12:45 (UTC +04:00)

Karantini pozan 8 nəfər saxlanıldı - FOTO

0

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan internet klub aşkarlanıb.

Lent.az-ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin Post Patrul Xidməti və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 11-də Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində “Hooligans” internet klubunun sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibi A.Bağırlı 1500 manat, digərləri 100 manat cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2013

Oxşar yazılar