İrandan narkotik gətirən iki qardaş tutuldu - FOTO
27 noyabr 2020 15:19 (UTC +04:00)

İrandan narkotik gətirən iki qardaş tutuldu - FOTO

0

İrandan Azərbaycana narkotik maddə keçirmək istəyənlər tutulub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, noyabrın 18-də Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində 2 nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini 29 yaşlı Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilərkən 0,5 kq narkotik vasitə “heroin” və 115 ədəd “Metadon-40” həbləri aşkar olunaraq götürülüb.

Dindirmə zamanı M.Məmmədov dövlət sərhədini qardaşı Astara rayonunun Rüdəkəran kənd sakini 39 yaşlı Məmmədov Seymur Təyyubulla oğlu ilə birlikdə qanunsuz olaraq keçdiyini etiraf edib.

Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov yaşadığı evdə saxlanılıb. Araşdırma zamanı onun əvvəllər dəfələrlə oğurluq cinayəti törətdiyinə görə məhkum olunması müəyyənləşdirilib.

Fakt üzrə cinayət işi başlanılıb, vətəndaş M.Məmmədov və S.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1261

Oxşar yazılar