İcazəsiz evdən çıxan koronavirus xəstələrinə xəbərdarlıq edildi - VİDEO
25 noyabr 2020 16:19 (UTC +04:00)

İcazəsiz evdən çıxan koronavirus xəstələrinə xəbərdarlıq edildi - VİDEO

0

Xızıda COVID-19 xəstələrinin yaşadıqları yeri icazəsiz tərk etdikləri müəyyən edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, COVID-19 infeksiyası testlərinin pozitiv nəticəsinə görə Xızı rayon sakinləri olan Azər Cabbarova və Reyhan Allahverdiyevaya ev şəraitində müalicə təyin edilib.

Bu gün Xızı rayon Polis Şöbəsinin əməkdaşları xüsusi geyim formasında hər iki rayon sakininin yaşadıqları ünvana gedərək, onlarla profilaktiki söhbətlər aparıblar və müalicə müddəti ərzində yaşadıqları yerləri tərk etməmələri barədə məlumat veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1375

Oxşar yazılar