Həyətində narkotik basdırdı
01 dekabr 2020 10:41 (UTC +04:00)

Həyətində narkotik basdırdı

0

Astarada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Sərək kənd sakini Əlihaddin Baxşıyev Astara şəhəri ərazisində 39 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb.

Saxlanıldıqdan sonra onun üzərindən əlavə olaraq 16 qram qurudulmuş marixuana aşkar edilib. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Ə.Baxşıyevin yaşadığı evə keçirilən baxış zamanı həmin evin həyətyanı sahəsində torpağa basdırılmış şəffaf qab və kibrit qutularında ümumilikdə 569 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1224

Oxşar yazılar