Evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı
03 dekabr 2020 10:10 (UTC +04:00)

Evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı

0

Zərdabda yaşayış yerini qanunsuz tərk edən COVID-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Zərdab rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayonun Xanməmmədli kəndində yaşayan Eşqin Məmmədovun virusun daha çox yayılmasına şərait yaratdığı  müəyyən edilib.

Araşdırma zamanı məlum olub ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, yaşadığı ünvanı bir neçə dəfə tərk edib.

Polislər tibbi prosedurları gözləməklə E.Məmmədovu evindən kənarda olan zaman  müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində Zərdab rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1298

Oxşar yazılar