Evdən çıxan daha bir koronavirus xəstəsi saxlanıldı
03 dekabr 2020 10:37 (UTC +04:00)

Evdən çıxan daha bir koronavirus xəstəsi saxlanıldı

0

Oğuzda daha bir koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyənləşdirilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan rayonun Sincan kənd sakini Asif  Xasıyev karantin qaydalarını pozaraq, yaşadığı ünvanı tərk edib və kənd ərazisində hərəkətdə olarkən saxlanılıb. O, dərhal yaşadığı ünvana geri qaytarılıb.

A.Xasıyev barəsində Oğuz rayon Polis Şöbəsinin İstintaq qrupundan cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1283

Oxşar yazılar