Ağdaşda COVID-19 infeksiyasına yoluxmuş rayon sakinlərinin yaşadıqları ünvanları tərk etmələri müəyyən olunub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Hüşün kənd sakini Kamil Ağayev və Ağzıbir kənd sakini Elxan Mikayılovun koronavirus testlərinin nəticəsi pozitiv olduğuna görə onlara ev şəraitində müalicə təyin olunub və qaydalara riayət etmələri tapşırılıb. Ancaq onlar digərlərinin də sağlamlığı üçün real təhlükə yaradaraq yaşadıqları evləri tərk ediblər. Polis əməkdaşları həmin şəxslər yaşadıqları ünvanlara geri qaytarıblar.
Hər iki şəxs barəsində Ağdaş rayon Polis Şöbəsinin İstintaq qrupunda cinayət işi başlanılıb.