Dünən yol qəzalarında 4 nəfər ölüb
18 iyun 2020 11:46 (UTC +04:00)

Dünən yol qəzalarında 4 nəfər ölüb

0

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 23 cinayətin üstünü “isti izlər”lə açıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 4 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1713

Oxşar yazılar