Ceyranbatan su anbarı yaxınlığındakı yanğın söndürüldü- YENİLƏNİB - VİDEO
11 iyun 2020 17:13 (UTC +04:00)

Ceyranbatan su anbarı yaxınlığındakı yanğın söndürüldü- YENİLƏNİB - VİDEO

0

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən saat 16:49-da söndürülüb.

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, yanğının söndürülməsi əməliyyatına Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin 3 ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunub. 

***

14:14

Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

12.15

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir.

FHN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

***

Saat: 11:50

Abşeron rayonu, Ceyranabatn qəsəbəsində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, qəsəbədə yerləşən Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7448

Oxşar yazılar