Bakıda motosiklet, Lənkəranda maşın qaçırıldı
26 noyabr 2020 12:07 (UTC +04:00)

Bakıda motosiklet, Lənkəranda maşın qaçırıldı

0

Bu il mayın 26-da Binəqədi rayonu ərazisindəki restoranlardan birinin qarşısından F.Mahmudova məxsus “Haouju” markalı motosikleti qaçırılıb.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş C.Mirzəyev Qobu qəsəbəsi ərazisində motosikletlə birgə saxlanılıb.

Lənkəranda isə avtomobil qaçırılıb.

Şəhər Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini S.Ağayev noyabrın 25-də Gərmətük qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini M.Fərzullayev müəyyən edilərək saxlanılmış, avtomobil isə yaşadığı evin həyətində tapılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1008

Oxşar yazılar