Bakıda evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı - VİDEO
24 noyabr 2020 12:36 (UTC +04:00)

Bakıda evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı - VİDEO

0

Yaşayış yerini qanunsuz tərk edən aktiv COVİD-19 virusunun daşıyıcısı barədə cinayət işi başlanılıb.
 
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Lerik rayon sakini, faktiki olaraq Binə qəsəbəsində yaşayan Simran Əliyev saxlanılıb. 

Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Əliyev yaşadığı evə qaytarılıb.

Onun barəsində toplanan materiallar rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. S.Əliyev barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1444

Oxşar yazılar