Şamaxıda ağac tingləri oğurlanıb.
Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, aprelin 10-da rayon ərazisindəki bağ sahələrinin birindən 250 ədəd qoz və badam tingini çıxararaq oğurlanıb.
Şamaxı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sabir qəsəbə sakini T.Məlikov saxlanılıb.