Aktiv koronavirus xəstəsi küçəyə çıxıb təhlükə yaratdı
28 noyabr 2020 10:55 (UTC +04:00)

Aktiv koronavirus xəstəsi küçəyə çıxıb təhlükə yaratdı

0

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Kürdəmiş kənd sakini Nicat Babaşov COVID-19 virusuna yoluxduğu üçün ona ev şəraitində müalicə təyin edilib və qaydalar ona izah olunub.

Lakin, N. Babaşov qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən onun olduğu ünvan müəyyən edilib və dərhal yaşadığı ünvana geri qaytarılıb.

N.Babaşov barəsində Göyçay rayon Polis Şöbəsiin İstintaq bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1040

Oxşar yazılar