Bakıda 78 yaşlı qadın öz mənzilində ölüb
11 avqust 2009 15:00 (UTC +04:00)

Bakıda 78 yaşlı qadın öz mənzilində ölüb

0
Onun cəsədi mənzildə aşkarlanıb

Nizami rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması və həmin mənzildən kəskin qaz iyinin gəlməsi barədə məlumat daxil olub.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, hadisə yerinə gəlmiş xilasedicilər binanın qaz və elektrik təminatının müvəqqəti dayandırılmasını təmin edib, daha sonra isə yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olaraq, otaqların havalandırılması üçün lazımi şəraiti yaradıblar.

Mənzilə baxış keçirilərkən 1931-ci il təvəllüdlü Baqirova Aleksandra Yosifovna yataqda hərəkətsiz vəziyyətdə aşkarlanıb. İlkin müayinə nəticəsində A.Baqirovanın vəfat etdiyi müəyyən edilib. Cəsəd aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:36-da başa çatıb.

Xatırladaq ki, ötən gün Yasamal rayonunda da buna bənzər hadisə baş verib.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 769

Oxşar yazılar