Qubada ilanlar yaşayış evinə hücum etdi
0
0
Onların bir neçəsi öldürülsə də, axırına çıxmaq mümkün olmur
Qubanın Almazqazmalar kəndində bir yaşayış evi ilanların hücumuna məruz qalıb. Bahadur Dostuyevə məxsus evdə “çağırılmamış qonaqlar” peyda olub. Ev sahibinin sözlərinə görə, sürünənlərin bir hissəsi öldürülüb. Amma onlara evin müxtəlif yerlərində rast gəlmək olur.
Xatırladaq ki, analoji hadisə həmin evdə ötən il də baş vermişdi. Həmin vaxt əraziyə Milli Elmlər Akademiyasının mütəxəssisi Sabir Əhmədov baxış keçirmişdi. Mütəxəssis çıxış yolu kimi evin suvanmasını göstərmişdi.
Quba rayon icra hakimiyyəti və ev sahibinin köməkliyi ilə evin kənarları suvansa da ilanlar yenidən ərazidə peyda olublar.