"Toyota" ilə vurulan motosikletçi öldü
23 iyun 2020 14:44 (UTC +04:00)

"Toyota" ilə vurulan motosikletçi öldü

0

Biləsuvarda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə iyunun 22-də saat 16 radələrində Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisində baş verib. Səmədabad kənd sakini V.Həmzəlinin idarə etdiyi “Toyota” markalı avtomobillə kənd sakini Ramin Nəzərovun idarə etdiyi “İJ” markalı motosikleti vurub. R.Nəzərov hadisə yerində ölüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1775

Oxşar yazılar