Ziyafət zamanı atışma: ölən və yaralananlar var
19 iyun 2023 07:41 (UTC +04:00)

Ziyafət zamanı atışma: ölən və yaralananlar var

0

ABŞ-ın Sent-Luis şəhərində ofis binasındakı ziyafətdə atışma baş verib, bir nəfər ölüb, on nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə "ABC News" yerli polisin məlumatlarına istinadən məlumat yayıb.

Polis hadisə yerində bir neçə odlu silah və patron darağı, o cümlədən tapança aşkar edib.

Atışmada şübhəli bilinən 17 yaşlı yeniyetmə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3232

Oxşar yazılar