Rusiya keçmiş prezidenti Dmitri Medvedyev bu gün dronla Kremlə edilən hücumu şərh edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, bu barədə Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, prezident Vladimir Zelenskini və Ukrayna hökumətinin qalan hissəsini “fiziki cəhətdən aradan qaldırmaq” lazımdır.
“Onun qeyd-şərtsiz təslim olma aktını imzalamasına belə ehtiyac yoxdur. Bildiyiniz kimi Hitler də buna imza atmayıb. Həmişə vitse-prezident admiral Denitzza kimi hansısa əvəzedici olacaq...”, – Medvedyev yazıb.