Yanğınsöndürən helikopter qəzaya uğradı, pilot öldü
20 iyul 2023 22:32 (UTC +04:00)

Yanğınsöndürən helikopter qəzaya uğradı, pilot öldü

0

Kanadada helikopter qəzaya uğrayıb.

Lent.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Hadisə nəticəsində pilot ölüb.

Helikopter meşə yanğınları ilə mübarizədə iştirak edirdi.

Bununlada 2023-cü ildə Kanadada meşə yanğınları ilə mübarizədə üç pilot ölüb.

Kanadanın fövqəladə hallara hazırlıq naziri Uilyam Bleyer ötən həftə ölkədə 900-ə yaxın aktiv yanğının olduğunu və bunların yarısının hələ nəzarət altına alınmadığını bildirib.

Ən çox yanğın Alberta, Britaniya Kolumbiyası, Kvebek və Ontario əyalətlərində qeydə alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2431

Oxşar yazılar