Ukraynaya dair məlumatı sızdıran şəxs 15 il azadlıqdan məhrum edilə bilər
15 aprel 2023 03:35 (UTC +04:00)

Ukraynaya dair məlumatı sızdıran şəxs 15 il azadlıqdan məhrum edilə bilər

0


Pentaqonun məxfi sənədlərini sızdırmaqda təqsirləndirilən ABŞ Milli Hava Qvardiyası əsgəri Cek Duqlas Teyşeyra günahı sübuta yetirilərsə, 15 ilə qədər həbs cəzası ala bilər.

Lernt.az-ın məlumatına görə. bu cür qiymətləndirmələri cümə günü The New York Times edib.
Teyşeyra iki maddə üzrə - məxfi sənədlərin və müdafiə materiallarının icazəsiz ələ keçirilməsi, habelə milli müdafiə ilə bağlı məlumatların icazəsiz saxlanması və ötürülməsi üzrə ittiham olunur. Birinci maddə maksimum beş ilə qədər həbs cəzasını nəzərdə tutur. İkinci fakt üzrə Teyşeyra on il müddətinə azadlıqdan məhrum edilə bilər.

Məhkəmənin növbəti iclası aprelin 19-na təyin edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1824

Oxşar yazılar