Türkiyənin bu əyalətində  maşın və xalça yuyulması   qadağan edildi
08 avqust 2023 18:18 (UTC +04:00)

Türkiyənin bu əyalətində maşın və xalça yuyulması qadağan edildi

0

Türkiyədə həddindən artıq isti havanın təsiri ilə su ehtiyatı nisbətləri ciddi azalıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı olaraq Diyarbakır bölgəsində avtomobillərin yuyulması 5 gün, xalçaların yuyulması isə 3 gün qadağan edilib.

Havanın temperaturunun mövsümi normaları və 45 dərəcədən yuxarı qalxması ilə əlaqədar bələdiyyə sudan istifadəyə bəzi qadağalar qoyub. Qadağalar 2560 saylı İSKİ qanununun 2-ci maddəsinə əsaslanıb. İçməli suyun kəsilməsinin qarşısını almaq üçün 1-31 avqust tarixləri arasında iş yerləri bağçalarının, səkilərin yuyulması və ətraf mühitin suvarılması şlanqlarla aparılmayacaq.

Məlumata görə, qaydalara əməl etməyənlərə 1295 lirə (təxminən 81 manat) inzibati cərimə tətbiq olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2316

Oxşar yazılar