"Titan"ın  batdığı ərazidə insan qalıqları tapıldı -YENİLƏNİB
29 iyun 2023 02:23 (UTC +04:00)

"Titan"ın batdığı ərazidə insan qalıqları tapıldı-YENİLƏNİB

2

 Atlantik okeanında "Titan" batiskafının batdığı ərazidə insan qalıqları tapılıb.

Lent.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizə Xidməti məlumat yayıb. 
 

*** 

23.38

Atlantik okeanında qəzaya uğrayan "Titan" batiskafının bəzi detalları sahilə çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə Kanada mətbuatı məlumat yayıb. Bildirilir ki, batiskafın korpusunun bir neçə detalı Kanada sularında 4 000 metr dərinlikdən çıxarılıb. Xilasedici qrupun ABŞ-dan olan rəhbəri yüksək riskli sualtı missiyanın başa çatdığını bildirib. Artıq komanda daimi dislokasiya bazasına qayıdıb. 

Xatırladaq ki, turistləri “Titanik”in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında yüksək təzyiqən dağılıb. “Titan”ın göyərtəsindəki britaniyalı milyarder Hemiş Hardinq, batiskafın sahibi – “OceanGate” kompaniyasının rəhbəri Stokton Raş, pakistanlı biznesmen Şahzada Davud və onun oğlu Süleyman, fransalı okeanoqraf Pol-Anri Narjole həlak olub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 4078

Oxşar yazılar