Kanada Sahil Mühafizəsinin gəmisi və təyyarəsi "Titanik"in qalıqlarına baxmağa gedərkən əlaqənin kəsildiyi "American OceanGate Expeditions" sualtı gəmisinin axtarışlarına qoşulub.
Lent.az-ın məlumatına görə, bu barədə bazar ertəsi “Toronto Star” nəşri məlumat yayıb. Nəşrin xəbərinə görə, axtarış əməliyyatına ABŞ Sahil Mühafizəsi rəhbərlik edir, çünki Atlantik okeanının bu ərazisi ABŞ-ın yurisdiksiyasındadır.
Amerikalılar daha sonra Kanada tərəfdən kömək istəyiblər, bundan sonra xilasedici təyyarə və Kopit Hopson 1752 gəmisi axtarış bölgəsinə göndərilib.