İstanbulda 16 yaşlı sənədsiz sürücü idarə etdiyi avtomobili mikroavtobusa çırpıb.
Lent.az xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.
Dəhşətli qəzada 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Qəzada mikroavtobusda sıxışıb qalan şəxslər xəstəxanaya aparılıb.