Şimali Koreya sualtı qayıqdan iki strateji qanadlı raket buraxıb.
Lent.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.
Raketin baxılışı KXDR-in Sinpo liman şəhəri yaxınlığında baş verib.
Raketlərin buraxılışı Birləşmiş Qərargah Rəisləri Komitəsi tərəfindən qeydə alınıb.
Cənubi Koreya ordusu hadisəni bu həftə ABŞ-la baş tutacaq hərbi təlimlərə reaksiya ola biləcəyi ehtimalındadır.
“Silahlı qüvvələrimiz monitorinq və sayıqlığı gücləndirməklə ABŞ-la sıx əməkdaşlıq şəraitində tam hazırlıq vəziyyətindədir”, - deyə Birləşmiş Qərargah Rəisləri Komitəsi bildirib.
Şimali Koreyanın sonuncu dəfə fevralın 18-də qitələrarası ballistic raket buraxıb.