Stadionun ot örtüyü oğurlandı
30 iyun 2023 02:50 (UTC +04:00)

Stadionun ot örtüyü oğurlandı

0

Son bir neçə ay ərzində Fransanın İl və Vilen departamentində futbol meydançalarının sintetik örtükləri mütəmadi şəkildə oğurlanıb.

 

Lent.az xəbər verir ki, bu il may ayının sonunda departamentdəki Bos de Bretan stadionundan 35 kvadrat mert qazon götürülüb. İyunun  13-nu gecə saatlarında Renn yaxınlığındakı Liffre stadionundan 300 kiloqram qazon oğurlanıb. Hazrda oğrular İl və Vilen departamentinin futbol meydançalarında öz əməllərini davam etdirirlər.

 

Mübahisələrə səbəb olan oğurluq faktları ilə bağlı araşdırmalar davam edir. Ehtimal olunur ki, oğrular bunu satmaq yox, həyətlərinə düzmək üçün götürürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1991

Oxşar yazılar