Suriyada SEPAH-ın hərbi məsləhətçilərindən biri məhv edilib.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, İsrail qüvvələri Suriyanın Dəməşq ətrafına bu gün səhər saatlarında SEPAH-a qarşı hücum həyata keçirib.
Nəticədə İslam Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr idarəsinin hərbi məsləhətçisi və zabiti olan Milad Heydər qətlə yetirilib.