SEPAH daha bir komandiri öldürüldü
03 mart 2026 23:31 (UTC +04:00)

SEPAH daha bir komandiri öldürüldü

0

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin Livan korpusunun müvəqqəti komandiri Davud Əlizadə Tehranda endirilən hava zərbəsi nəticəsində öldürülüb.

Lent.az xəbər verir ki, bu barədə "The Times of Israel" İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən məlumat yayıb.

Məlumata görə, Əlizadə 2024-cü ilin aprelində Dəməşqdə İsrailin zərbəsi nəticəsində öldürülən Məhəmməd Rza Zahidinin yerinə Livan korpusuna rəhbərlik edirdi və “Livana cavabdeh ən yüksək rütbəli iranlı komandir” hesab olunurdu.

İsrail ordusunun açıqlamasında bildirilir ki, Livan korpusu “Hizbullah”la İran rəhbərliyi arasında əlaqəni təmin edir, təşkilatın silahlanmasını dəstəkləyir və SEPAH rəhbərliyi ilə “Hizbullah”ın ali rəhbərliyi arasında əlaqələndirici rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar