Nepalın paytaxtı Katmandudan havaya qalxdıqdan sonra quşla toqquşan “Flydubai” şirkətinə məxsus təyyarə Dubay Beynəlxalq Hava Limanına enib.
Lent.az-ın xəbərinə görə, bu barədə bizə aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.
***
21.10
“Flydubai” şirkətinin təyyarəsi havaya qalxarkən quşla toqquşub. Təyyarə müvafiq texniki prosedurdan sonra təkrar havaya qalxacaq.
Lent.az-ın xəbərinə görə, bu barədə şirkətin mətbuat xidməti bildirib.
***
20.30
“Flydubai” şirkətinə məxsus təyyarə Katmandu hava limanında havaya qalxan zaman yanıb və oraya enməyə çalışır.
Lent.az-ın xəbərinə görə, bu barədə ANİ agentliyi məlumat yayıb.