Paşinyan Ermənistanın  müharibədəki məğlubiyyətinin   səbəbkarlarından DANIŞDI
14 mart 2023 14:22 (UTC +04:00)

Paşinyan Ermənistanın müharibədəki məğlubiyyətinin səbəbkarlarından DANIŞDI

0

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkə 2020-ci ilin payızında Dağlıq Qarabağdakı müharibəni silahlı qüvvələrdəki “beşinci kolon”a görə uduzub. 

Lent.az bildirir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“Şəxsi qənaətimə görə, ordumuzda “beşinci kolon” olduğu üçün müharibəni uduzduq. Düşünürəm ki, bu faktlar yaxın zamanlarda ictimailəşəcək”.

Paşinyan qeyd edib ki, Silahlı Qüvvələrin 50-dən çox keçmiş hərbi qulluqçusu, o cümlədən yüksək rütbəli zabitlər casusluqda və dövlətə xəyanətdə ittiham olunurlar: “Bilmirəm, bəlkə kiməsə elə gəlir ki, onlar çərçivəyə salınıb, uydurulub? İndi yüksək rütbəli hərbçilər başqa maddələrlə həbsdədirlər. O cümlədən əraziləri təslim etmək ittihamı ilə. Onlardan biri Şuşa işi üzrə təqsirləndirilir. Məhkəmə onun həbsinə qərar verəndə mənim üçün heyrətamiz bir şey oldu. Ermənistandan və Dağlıq Qarabağdan müxtəlif insanlar onun azadlığa buraxılması və yumşaq rəftar tələbi ilə müraciət etməyə başlayıblar.

Amma mən fikirləşirəm - siz demədinizmi ki, üzə çıxarmaq lazımdır, bilmək lazımdır ki, kim nə edib, döyüş meydanında nə baş verib, Şuşa necə yıxılıb, Şuşanı kim təslim edib? Bəs hədə-qorxu gələn siz indi nə istəyirsiniz ki, işlər açıqlanmasın? Nə üçün? “Şuşanı satqın baş nazir təslim etdi” demək üçün? Bütün bu planın ən dərin məqsədi məhz bu ola bilərmi? Üstəlik, bu, siyasi hakimiyyətə qarşı mümkün aksiya idisə, bu, hələ heç nə deyil, Ermənistanın dövlətçiliyinə ziddir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2080

Oxşar yazılar