Müharibəyə görə  3 məmur   İnterpola verildi
16 sentyabr 2022 10:18 (UTC +04:00)

Müharibəyə görə 3 məmur İnterpola verildi

0

Beynəlxalq Cinayət Məhkəməsi 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə görə 3 nəfər barəsində axtarış elan edib.

Lent.az xəbər verir ki, həmin 3 nəfər, Cənubi Osetiyalı 46 yaşlı Hamlet Quçmazov, Şimali Osetiyadan olan 66 yaşlı Mixail Mindzayev və Tsxinvalidən olan 45 yaşlı David Sanakoevdir. H. Quçmazov 2008-ci ildə istintaq təcridxanasının rəisi olub. Sanakoev isə həmin ildə faktiki prezidentin insan hüquqları üzrə müvəkkili vəzifəsində çalışıb.

Hər üç şəxs 2008-ci il müharibəsində cinayətlər törətməkdə ittiham olunurlar. Belə ki, onlar qanunsuz həbslər, girov götürmə, işgəncə, əsirlərlə qeyri-insani rəftar, şəxsi ləyaqətə qarşı təhqirlər və s cinayətlrədə təqsirli bilinirlər.

Onların saxlanılması üçün Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən qırmızı bülletenlə axtarış elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2760

Oxşar yazılar