Moskvaya dron hücumu oldu
21 iyun 2023 08:56 (UTC +04:00)

Moskvaya dron hücumu oldu

0

Moskva vilayətinə dron hücumu olub.

Lent.az xəbər verir ki, bu gün səhər saat 5 radələrində Moskva vilayətininin Lukino yaşayış məntəqəsi yaxınlığında səmada partlayış baş verib.

İlkin məlumatlara görə, partlayışa səbəb PUA-nın vurulması olub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Həmçinin, Moskva vilayətinin Naro-Fominsk rayonuna, hərbi hissədən bir qədər aralıda eyni vaxtda daha iki PUA yerə çırpılıb.

İlkin məlumata görə, xəsarət alan yoxdur.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Yeni Moskva və Moskva vilayətində radioelektron mübarizə vasitəsinin köməyi ilə üç pilotsuz uçuş aparatı vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2172

Oxşar yazılar