İranda daha bir güneyli 4 ay həbs cəzası verilib.
Lent.az "Mouze" teleqram kanalına istinadən xəbər verir ki, Təbrizdən olan vətəndaş cəmiyyəti fəalı Əli Şadi İran İnqilab Məhkəməsi tərəfindən 4 ay həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, Əli Şadi 4 yanvar 2023-cü il tarixdə Təbrizdəki iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
