Meksika Prezidenti üçüncü dəfə  koronavirusa yoluxdu
24 aprel 2023 07:53 (UTC +04:00)

Meksika Prezidenti üçüncü dəfə koronavirusa yoluxdu

0

Meksika Prezidenti Andres Manuel Lopes Obrador bildirib ki, koronavirusa yenə yoluxub, lakin özünü normal hiss edir. O, bu barədə tviter hesabında yazıb.

Lent.az xarici KİV-lərə istinadla xəbər verir ki, Meksika Prezidenti Yukatan ştatına səfərini təxirə salmağa məcbur olub və yaxın günlərdə ənənəvi səhər mətbuat konfranslarını keçirməyəcək.

Altmış doqquz yaşlı prezident üçüncü dəfədir ki, koronavirusa yoluxur. O, ilk dəfə 2021-ci ilin yanvarında bu virusa yoluxub. İkinci dəfə 2022-ci ilin yanvarında, həmin vaxtadək üç dəfə peyvənd edildikdən sonra bir daha xəstələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1535

Oxşar yazılar