Marselin mərkəzində yaşayış binası uçdu-VİDEO -YENİLƏNİB
09 aprel 2023 06:29 (UTC +04:00)

Marselin mərkəzində yaşayış binası uçdu-VİDEO-YENİLƏNİB

1

Bazar gününə keçən gecə Marselin mərkəzində yaşayış binası uçub.

Lent.az-ın məlumatına görə, şəhər meri bitişik on binanın sakinlərinin təxliyyə edildiyini açıqlayıb. 
O əlavə edib ki, hazırda hadisə yerində yanğın davam edir və bu, axtarış tədbirlərinə mane olur. Binada partlayış olduğuna dair ciddi şübhələr var.
 

***

05.18

Bazar günü gecə Fransanın Marsel şəhərinin mərkəzində yaşayış binası uçub.

Lent.az-ın xəbərinə görə, bu barədə şəhərin meri “Twitter” səhifəsində məlumat verib.

“5-ci məhəllədə Tivoli küçəsində yaşayış binasının uçması. Xilasetmə xidmətləri işləyir”, - deyə o yazıb.

Hadisə yerində xilasedicilər işləyir. Hadisənin səbəbi açıqlanmır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3267

Oxşar yazılar