Nikolay Lukaşenko
19 aprel 2026 14:06 (UTC +04:00)

Nikolay Lukaşenko

Lukaşenko kənd məktəbində oxuyan oğlunu təriflədi, Pekin Universitetinə qəbulundan DANIŞDI

0

Aleksandr Lukaşenko bildirib ki, onun kiçik oğlu Nikolayın dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri sayılan Pekin Universitetinə qəbul olmasına onun çalışqanlığı və təhsilinə ciddi yanaşması kömək edib.

Bu barədə dövlət başçısı RT kanalına müsahibəsində bildirib:  

“Mənim oğlum kənd məktəbində hamı ilə birlikdə oxuyub və sinif yoldaşlarının bir çoxu ilə münasibətlərini bu gün də davam etdirir. O, həmişə yaxşı oxuyub, digərləri ilə birlikdə dərs çalışıb. Şərait hamı üçün bərabər idi və mən buna ciddi nəzarət edirdim. O, müəyyən mənada sinifdəki uşaqların yarısından daha yaxşı nəticə göstərib”.

O əlavə edib ki, Nikolay ingilis dilində tədris aparılan Pekin Universitetinə qəbul olunub: “Amma o, buna can atırdı. Həmişə yaxşı oxuyurdu. Onun bir çox sinif yoldaşı da ali məktəbi bitirib və ali təhsil alıb. Mən istəyirəm ki, belə Belarus qorunub saxlanılsın. Kiminsə imkanları daha çox, kiminsə isə daha azdır. Amma imkanlar mövcuddur. Buna misal olaraq indiki prezidenti göstərmək olar”, – deyə Lukaşenko qeyd edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar