Keçmiş nazirin oğlu  müharibədə öldü
11 aprel 2023 12:45 (UTC +04:00)

Keçmiş nazirin oğlu müharibədə öldü

0

Krımın keçmiş idman naziri Georgi Şestakın oğlu Denis Şestak Rusiyanın Ukraynada apardığı müharibədə ölüb. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Güləş Federasiyasının saytında məlumat verilib.

“O, aprelin 7-də hərbi xidmətini yerinə yetirərkən dünyasını dəyişib”, - məlumatda deyilir.

Denis Şestak yunan-Roma güləşi üzrə idman ustası, Ukrayna çempionatının gümüş mükafatçısı olub. O, 2022-ci ilin oktyabrından müharibədə iştirak edib. Onun həyat yoldaşı və iki uşağı - bir oğlu, bir qızı qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2009

Oxşar yazılar